Giorgi Qaxaria Azərbaycanın xarici işlər nazirini qəbul edib
24.09.2020 15:41
456
Siyasət
A
Giorgi Qaxaria Azərbaycanın xarici işlər nazirini qəbul edib
Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bairamovu qəbul edib. Bu barədə Aktual.ge-yə Hökumət Administrasiyasından məlumat verilib. Verilən məlumata əsasən, tərəflər iki ölkə arasındakı münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Danışıqlarda siyasi, ticarət, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq müzakirə edilib. Tərəflər bölgədəki çətinlikləri müzakirə edərək iki ölkə arasındakı strateji tərəfdaşlığın vacibliyini vurğulayıblar. Bildirilib ki, Gürcüstan və Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Görüş zamanı əsas diqqət iki ölkə arasındakı ticarət, iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına yönəlib. Azərbaycanın Gürcüstanın vacib ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Baş nazir Giorgi Qaxaria Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycanın xarici işlər nazirinə təşəkkür edib. Hər iki ölkənin bölgədəki münaqişələrin sülh yolu ilə həll olunmasında maraqlı olduğu qeyd edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının yeni təyin olunmuş Xarici İşlər naziri Ceyhun Bayramov ilk rəsmi səfərini Gürcüstana edib.
ŞƏRH YAZ
3