Ümrə ziyarətləri bu tarixdə bərpa olunur
25.09.2020 09:11
786
Din
A
Ümrə ziyarətləri bu tarixdə bərpa olunur
Səudiyyə Ərəbistanı höküməti 6 aydır təxirə salınan ümrə ziyarətlərinin oktyabrın 4-dən etibarən mərhələli şəkildə bərpa olunacağını elan edib. Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi yayıb. Bildirilib ki, oktyabrın 4-dən ölkədaxili ümrə ziyarətləri üçün Məscidül-Həramın tutumunun 30 %-i (gündəlik 6 min nəfər) açılacaq. Oktyabrın 18-dən isə Məscidül-Həram və Məscidül-Nəbidəki Ravzayi Şərifin 75 % tutumla ölkə içindən gələn ziyarətçiləri qəbul edəcək. Noyabrın 1-dən etibarən isə sadəcə ölkədaxili deyil, həm də xaricdən ümrə və ibadət üçün gələnlər qəbul ediləcək. Bu mərhələdə Məscidül-Həram və Məscidül-Nəbi bütövlükdə ziyarətçilər üçün açılacaq.
ŞƏRH YAZ
0