25.07.2022 13:59
439
Siyasət
A
"On minlərlə rus qoşun göndərilib ki, bu da dövlətçiliyimizi daxildən məhv edir"

“Gürcüstana gələn bütün ruslar, o cümlədən Putinin siyasətinin əleyhdarları Rusiyaya işləyirlər və ya potensial olaraq istər-istəməz, ya da məcburi şəkildə işləyəcəklər. Yəni on minlərlə kütlə göndərilib ki, bu da gürcü dövlətçiliyini daxildən darmadağın edir”.

Aktual.ge xəbər verir ki, bu barədə siyasət üzrə ekspert Gia Xuxaşvili sosial şəbəkədə yazıb. 

Onun paylaşımını dəyişməz olaraq təqdim edirik:

“Rusiyadan gələn kütlə iki əsas kateqoriyaya bölünür:

1. Sanksiyaya məruz qalan və bağlı şirkətlərin işçiləri, hələ də onlar Rusiyaya qoyulan sanksiyalardan yayınmaq və onların xidmətləri üçün maliyyə, logistik, agentlik sxemlərini müəyyən etmək üçün “autsorsing” (kənar qaynaqdan yararlanmaq - Red.) üzərində işləyirlər.

2. Rusiyadakı problemlərdən qaçan, hərbi xidmətdən, pul itirməkdən və ya hər hansı başqa qorxudan fobiya keçirən insanlar.

Birinci kateqoriyaya gəlincə, aydındır ki, bunlar ölkəmizin dövlət təhlükəsizliyinə böyük problem yaradır. Heç bir təhlükə yaratmayan ikinci kateqoriyaya gəlincə, mənə deyildiyi kimi, onlarda vəziyyət daha pisdir. FSB agentliyi kafelərə, kirayə mənzillərə, mehmanxanalara gedib bu insanları əməkdaşlığa razı olmasalar, vətənə qayıtdıqdan sonra problemlərlə üzləşəcəkləri ilə hədələyirlər.

Nəticə - Gürcüstana gələn bütün ruslar, o cümlədən Putinin siyasətinin əleyhdarları Rusiya üçün işləyirlər və ya potensial olaraq Rusiyaya istər-istəməz işləyəcəklər. Başqa sözlə, on minlərlə qoşun göndərilib ki, bu da gürcü dövlətçiliyini daxildən məhv edir”.

ŞƏRH YAZ
1