Müxalifət hökuməti Rusiya vətəndaşlarına viza rejimi tətbiq etməyə çağırır
03.08.2022 22:01
333
Siyasət
A
Müxalifət hökuməti Rusiya vətəndaşlarına viza rejimi tətbiq etməyə çağırır

Müxalif “Lelo” partiyası Gürcüstan hakimiyyətini Rusiya və Belarus vətəndaşları üçün viza rejimi tətbiq etməyə çağırır.

Aktual.ge xəbər verir ki, bununla bağlı sözügedən partiya rəsmi açıqlama verib.

Qeyd olunub ki, “Lelo” partiyası Ukraynada münaqişə başlayandan Rusiya Federasiyası ilə viza rejiminin sərtləşdirilməsini tələb edir və son zamanlar Rusiyadan Gürcüstana gələnlərin sayı kəskin artdıqdan sonra bu məsələ xüsusilə də aktualdır.

"İşğalçı ölkədən gələn ziyarətçi axını nəzarətdən çıxıb. Müvafiq strukturlar işğalçı ölkədən ərazimizə daxil olan vətəndaşlara nəzarət etmir və idarə edə bilmir, ölkə Rusiyanın Ukraynaya müdaxiləsi və hazırkı hərbi əməliyyatlar fonunda kritik şəkildə artan çağırış və təhdidlərə qarşı həssasdır",-partiyanın bəyanatında qeyd olunur.


"Lelo" partiyasının bəyanatında hökumətə çağırış edilir ki, mövcud təhlükələri nəzərə alaraq, Gürcüstan ərazisinə daxil olan insanların axınına nəzarət etmək üçün müvəqqəti tədbirlər görülməlidir.

Siyasi partiyanın hökumətə Rusiya və Belarus vətəndaşları ilə bağlı hökumətdən tələbləri belədir:

1. Rusiya Federasiyası və Belarus vətəndaşları (Ukrayna ilə hərbi əməliyyatlarda iştirak edən ölkələrin vətəndaşları) üçün viza rejimi tətbiq olunsun;

2. Turist vizalarının 30 günə qədər etibarlılıq müddətini müəyyən etmək (vizalar birbaşa sərhəddə və/və ya onlayn rejimdə verilsin);

3. 30 gündən artıq qalmaq istəyənlər üçün Avropa İttifaqının qabaqcıl təcrübələri əsasında tərtib olunmuş prosedurlara əsasən viza verilməlidir.

ŞƏRH YAZ
2