SON DƏQİQƏ! Marneulidə içində külli miqdarda pul olan ev külə döndü - VİDEO
05.08.2022 16:08
5244
Hadisə
A
SON DƏQİQƏ! Marneulidə içində külli miqdarda pul olan ev külə döndü - VİDEO

Marneuli rayonunun Algeti ərazi vahidliyinin Əzizkənd kəndində bədbəxt hadisə baş verib.

Aktual.ge xəbər verir ki, günorta saatlarında Əzizkənd kəndində yaşayış evi yanaraq külə dönüb.

İlk versiyalara görə, evin yanmasına səbəb elektriklə əlaqəli olub. Yanğın qısa müddətdə ətrafı bürüyüb. Hadisə yerindən əldə etdiyimiz məlumata görə, yanğın baş verən zaman evdə kimsə olmayıb.

Ev sahibi Hidayət Süleymanov bildirib ki, evdə külli miqdarda - 20 min lariyə qədər nəğd pul və qızıl zinət əşyaları var idi hansı ki, yeni ev tikmək üçün toplamışdıq.

 

ŞƏRH YAZ
15