Şindisi qəhramanları ehtiramla yad edilir
11.08.2022 11:14
292
Siyasət
A
Şindisi qəhramanları ehtiramla yad edilir

Şindis döyüşünün ildönümündə Şindisi kəndindəki memorialda 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına şəhid olan əsgərlərimizin xatirəsi ehtiramla anılır.

Aktual.ge xəbər verir ki, 17 hərbi qəhrəmanımız 14 il əvvəl qəhrəmancasına Qori rayonunun Şindisi kəndində həlak olduğu yerə sakinlər gül dəstələri düzərək dini ayinlər ilə onları yad ediblər. Faciə qurbanlarının ailə üzvləri və yaxınları da hadisə yerindədir.

Şindis döyüşünün ildönümü münasibətilə anım mərasiminə Gürcüstanın Müdafiə naziri Juanşer Burçuladze və bərabərindəki hərbi personallar, habelə Barışıq və Vətəndaş Bərabərliyi Dövlət Naziri Tea Axvlediani gələrək, memorialın önünə əklil qoyublar və 1 dəqiqəlik sükutla qəhramanları yad ediblər.

Bununla belə Gürcüstanın Baş naziri İrakli Qairbaşvilidə ağırlı gün ilə əlaqədar paylaşım edib: "Bu gün Gürcüstan döyüşlərdə qəhrəmancasına həlak olmuş 17 gürcü döyüşçünün parlaq xatirəsini bir daha yad edəcək. Onların vətənin azadlığı və müstəqilliyinə fədakarlığı həmişə gələcək nəsillərin yetişəcəyi müasir tariximizin qürurlu nümunəsi olaraq qalacaq".

Məlumat üçün bildirək ki, 2008ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı 419 nəfər həlak olub, 1747 nəfər isə yaralanıb.
 

ŞƏRH YAZ
0