11.08.2022 11:30
294
Siyasət
A
"Ukraynanın hər kiçik və ya böyük qələbəsi Gürcü Arzusu üçün böyük ağrı olacaq"

"Ukraynanın hər kiçik və ya böyük qələbəsi 'Gürcü Arzusu' üçün böyük ağrı olacaq".

Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif "Strategiya Ağmaşenebeli"nin aparıcı simalarından biri olan Seroq Çixladze söyləyib.

O, Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın açıqlamasına münasibət bildirib və qeyd edib ki, “Gürcü Arzusu” Rusiya yolunu seçib. Onun fikrincə, payızda İvanişviliyə və digər şəxslərə qarşı sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

" 'Gürcü Arzusu' , Bidzina İvanişvili onun xidmət personalı - Kobaxidzelər, Qaribaşvili xalqı bu gün Ukraynanın Rusiya üzərində qələbəsindən ən çox əziyyət çəkir. Hazırda 'Gürcü Arzusu' nun üzünə vurulan ən böyük şapalaq Rusiya aerodromunu ukraynalıların bombalaması, eləcə də Belarusdakı Rusiya aerodromunu bombalamasıdır. Ukraynanın hər kiçik və ya böyük qələbəsi 'Gürcü Arzusu' üçün böyük ağrı olacaq. Hakimiyyət artıq Rusiya xətti ilə getməyi seçib və geri çəkilməyəcək",-deyib Serqo Çixladze.

Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın sözlərinə görə, Ukraynada davam edən soyqırıma haqq qazandıran subyektlər özləri beynəlxalq ictimaiyyət tərəfindən mühakimə olunacaqlar. O, "Mtavari"yə müsahibəsində deyib ki, Gürcüstandakı məmurlar öz tonunu dəyişməlidirlər və hansısa səbəblərdən bunu edə bilmirlərsə, Ukrayna ilə bağlı ictimai çıxışlarını azaltmalıdırlar. 

 

ŞƏRH YAZ
0