Davit Narmaniya:
11.08.2022 12:40
310
İqtisadiyyat
A
Davit Narmaniya: "Biz Rusiyadan enerji asılı deyilik"

"Gürcüstanın Rusiyadan enerji asılılığı tez-tez manipulyasiya obyektinə çevrilir".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri Davit Narmaniya bildirib.

O vurğulayıb ki, biz Rusiyadan enerji asılı deyilik.

Onun sözlərinə görə, Gürcüstanın həm Azərbaycandan, həm də Türkiyədən elektrik enerjisi idxal etmək imkanı var, təbii qazın 90%-dən çoxu Azərbaycandan, çox cüzi miqdarı isə Rusiyadan idxal olunur.

“Vurğulayıram ki, ölkənin müəyyən ay ərzində elektrik enerjisini harada idxal etməsi hansı ölkənin daha ucuz qiymət təklif etməsindən asılıdır. Bir qayda olaraq, Gürcüstana elektrik enerjisi Rusiya, Azərbaycan və Türkiyədən idxal olunur ki, bu da hansı ölkənin hansı dövrdə hansı qiymətə təklif edə biləcəyindən asılıdır. Beləliklə, biz Rusiyadan enerji asılısı deyilik, mən bunu həm elektrik enerjisi, həm də təbii qaz baxımından tam məsuliyyətlə bəyan edirəm. Elektrik enerjisi baxımından bizim həm Azərbaycandan, həm də Türkiyədən idxal etmək imkanımız var, təbii qaza gəlincə, 90%-dən çoxu Azərbaycandan, çox cüzi həcmdə Rusiyadan idxal olunur ki, bu da təzyiqin tənzimlənməsi üçün zəruri texniki vasitədir. Beləliklə bir tərəfdən bu qaz kəmərindən, digər tərəfdən isə Ermənistana nəql olunan təbii qazdan Gürcüstan müəyyən fayda əldə edir",-deyə Davit Narmaniya məlumat verib.

ŞƏRH YAZ
3