Ukraynadan qalmaqallı iddia:
11.08.2022 13:51
234
Siyasət
A
Ukraynadan qalmaqallı iddia: "Gürcü əsgərlərin şəxsi məlumatları Rusiyaya ötürülüb"

Ukrayna prezidentinin administrasiyası rəhbərinin müşaviri Mixail Podoliak iddia edir ki, Ukraynada döyüşən gürcüstanlı əsgərlərin şəxsi məlumatları Gürcüstandan Rusiya Təhlükəsizlik Xidmətinə ötürülüb.

Aktual.ge məlumat verir ki, o, belə bir iddia ilə açıqlama verib.

Onun sözlərinə görə, gürcü xalqı xəyanətə görə konkret şəxslərə cavab verməlidir.

"Ukraynada döyüşən gürcü əsgərləri Gürcüstanı və gürcüləri niyə sevdiyimizin daha bir sübutudur. Azadlığı sevən insanlar həmişə bir yerdədirlər və risklərə baxmayaraq bir-birinin yanındadırlar. Yanımızda olan gürcü tərəfdaşlarımız var. Bu an qızıl hərflərlə yazılacaq. Rus təbliğatına gəlincə, həmişə yalan danışır. Beynəlxalq təhlükəsizliyin qorunması üçün ayaq üstə duran və mübarizə aparan Gürcüstan vətəndaşlarının adları ancaq içəridəki qiyamçıların köməyi ilə Rusiyanın əlinə keçdi. Bu cür məlumatlara çıxışı olan subyektlərinizi nəzərdə tuturam. Yaxşı olar ki, bu qurumlardan Rusiya kəşfiyyatının təklif etdiyi oyunu niyə oynadıqlarını soruşasınız və onları milli maraqlara xəyanət etdiklərinə görə məsuliyyətə cəlb edəsiniz”, - o, "Mtavari"yə müsahibəsində qeyd edib.

ŞƏRH YAZ
0