Baş nazir
11.08.2022 19:32
177
İqtisadiyyat
A
Baş nazir "Demirören Holding"in sədri ilə görüşüb

Baş nazir İrakli Qaribaşvili “Demirören Holding”in sədri Yıldırım Dəmirörən ilə görüşüb.

Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Hökumət Administrsiyasından məlumat verilib.

Qeyd olunub ki, tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müxtəlif istiqamətlərdə, o cümlədən daşınmaz əmlak sektoru, enerji və informasiya texnologiyaları üzrə investisiyaların yatırılması imkanlarına diqqət yetirilib.

Bildirilib ki, şirkət Tskaltuboda yeni 5 ulduzlu “Old İveriya” otelinin tikintisinə böyük sərmayə yatıracaq. Görüşdə ölkədəki potensialdan söz açılıb. Baş nazirin sözlərinə görə, Gürcüstanda investorlar üçün sabit və əlverişli biznes mühiti mövcuddur və aşağı vergilər habelə ölkənin unikal lokasiyası Gürcüstanı xarici investorlar üçün xüsusilə cəlbedici edir. 

Hökumət administrasiyasında keçirilən toplantıda türk şirkəti "Demirören Holding"in vitse-prezidenti Ziya Alemdar, holdinqin müşahidə şurasının nümayəndələri - Sinan Oktay və Alaatin Aykaçi, həmçinin "Lidia Group"un sədri Kıvanç Oktay və "Petrokas Energy Group"un təsisçisi İvane Nakaidze iştirak ediblər.

Məlumat üçün bildirək ki, sözügedən şirkət Türkiyənin ən böyük şirkətlərindən biridir.

ŞƏRH YAZ
1