Marneulidə bədbəxt hadisə: Orta yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişdi - FOTO
11.08.2022 22:04
759
Hadisə
A
Marneulidə bədbəxt hadisə: Orta yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişdi - FOTO

Bu gün günün ikinci yarısında Marneuli mərkəzi bazarı ərazisində bədbəxt hadisə baş verib.

Aktual.ge xəbər verir ki, yaşı 55-dən aşağı olan kişi qəfil huşunu itirərək yıxılıb. Hadisə şahidlərinin sözlərinə görə, olay yerinə təcili yardım çağırsalar da, təcili yardım briqadası gələnə qədər kişi dünyasını hadisə yerindəcə dəyişib.

İlk məlumatlara görə, orta yaşlı kişi infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
7