Prezident Ərdoğanla Əsəd arasında telefon görüşməsi olub? - Çavuşoğlu açıqladı
12.08.2022 09:01
248
Dünya
A
Prezident Ərdoğanla Əsəd arasında telefon görüşməsi olub? - Çavuşoğlu açıqladı

"Hazırda Suriya ilə birbaşa təmaslardan söhbət belə gedə bilməz”.

Aktual.ge Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Bəşşar Əsəd arasında telefon danışığına hazırlıq görüldüyünə dair iddiaları təkzib edərkən deyib.

O bildirib ki, yalnız xüsusi xidmət orqanları vasitəsilə danışıqlara başlanılıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Türkiyə KİV iki ölkə başçısının telefon danışığı apara biləcəyini yazmışdı.

ŞƏRH YAZ
0