Gürcüstanlı futbolçu
16.08.2022 10:05
167
İdman
A
Gürcüstanlı futbolçu "Napoli"də yeni nailiyyətə imza atıb

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunda yeni nailiyyətə imza atıb.

Aktual.ge "Orta Sport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2003/2004 mövsümündən sonra Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçudur.

Kvaratsxeliya "Verona"nı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri I tur oyununda buna nail olub. O, 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. Forvard 55-ci dəqiqədə polşalı Pyotr Zyelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

ŞƏRH YAZ
0