Son Dəqiqə! GMİ müftisi istefa verdi - SƏBƏB?
26.09.2020 18:22
637
Din
A
Son Dəqiqə! GMİ müftisi istefa verdi - SƏBƏB?
Gürcüstan Müsəlmanları İdarəsinin Şərq üzrə müftisi Hacı Yasin Əliyev sağlamlığından dolayı istefa verdiyini bəyan edib. Aktual.ge xəbər verir ki, bu barədə müfti özünün "Facebook" hesabında yazıb. Hacı Yasin Əliyevin "Facebook"da istefasına dair etdiyi paylaşımını olduğu kimi təqdim edirik: "Bağışlayan və mehriban Allahın adı ilə. Hörmətli müsəlman bacı və qardaşlar! Nəzərinizə çatdırım ki, əməkdaşlarımızın da xəbərdar olduğu kimi son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarət altında intensiv olaraq mualicə olunuram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, mualicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram. Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam. Dinə xidmət etdiyim illərdə şərqi Gürcüstanda yaşayan müsəlmanlar üçün bir sıra faydalı işlərin görüldüyünü deyə bilərəm. Onlarla məscidlər təmir edildi, bir neçəsi yenidən inşa olundu. Qeydiyyatı olmayan məscidlərimizin böyük hissəsinin bu sahədəki problemi həll olunub idarənin sərəncamına verildi. Bir neçə dini ədəbiyyat çap edilib müsəlmanların ixtiyarına çatdırıldı. Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində ibadət otaqları açıldı. Digər dini konfessiyalarla əlaqələr qurulub birgə mühüm layihələr həyata keçirildi. Ən əsası, mənim, həmkarlarımın və həmfikirlərimin iradəsi və təşəbbüsü nəticəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsi təsis edildi. Bu gün əminliklə deyə bilərəm ki, ölkə müsəlmanlarının 95% fəaliyyətdə olduğum idarədə birləşib. Bu illər ərzində təmsil olunduğum həmin idarə ölkə daxilində və həmdə ki, ölkə xaricində tanınaraq böyük nüfuza sahib olub. Mən din xadimləri ilə birgə sizin dəstəyiniz ilə nail olduğumuz uğurlar haqqında uzun-uzadı danışa bilərdim. Amma bunlarla sizi çox yormaq istəmirəm. Bu illər ərzində göstərdiyiniz qayğıya, sevgiyə, dəstəyə, hörmətə və diqqətə görə sizin hər birinizə dərin təşəkkürümü bildirmək istəyirəm. Həmçinin sizdən rica etmək istəyirəm, ki əgər mənim tərəfimdən hər hansı yanlışlıq və ya sizə qarşı inciklik olubsa xahiş edirəm böyüklüyünüzlə bağışlayasınız. Mən hər zaman sizi dualarımda unutmayacam, siz də mənə dualarınızı əsirgəməyin. Uca Allah sizə və ailələrinizə yar olsun. Amin! Qeyd edim ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni müftinin seçki yolu ilə müəyyənləşdirəcəklər. Ona qədər mənim (Şərqi Gürcüstan Müfti) vəzifəmi sizin hamınızın yaxşı tanıdığınız mənim muşavirim hacı Eyvaz Mərdanov icra edəcək. Mən müvəqqəti müftilik vəzifəsini icra edən qardaşa və gələcək yeni müftiyə olduqca ağır məsuliyyətli dini işlərində uğurlar arzulayıram. Uca Allah sizin hər birinizə və dövlətimizə yar olsun. Amin!".
ŞƏRH YAZ
0