SOCAR-dan təhsil haqlarının ödənilməsi ilə bağlı ŞƏD XƏBƏR VAR
23.08.2022 23:39
821
Mədəniyyət
A
SOCAR-dan təhsil haqlarının ödənilməsi ilə bağlı ŞƏD XƏBƏR VAR

Gürcüstanın dövlət univeristetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqı yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödəniləcək.

Bu barədə Aktual.ge xəbər portalı "SOCAR Energy Georgia"dan məlumat əldə edib.

Mövcud məlumata görə, "SOCAR"ın Gürcüstan nümayəndəliyi yaxın günlərdə "1+4" üzrə ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı gənclərin təhsil haqlarını ödəyəcək.

Məlumat üçün bildirək ki, 2008-ci ildən “1+4” üzrə Gürcüstan dövlət univerisitetlərində təhsil alan azərbaycanlı gənclərin illik ödəmələri SOCAR-ın dəstəyi ilə həyata keçirilir.

ŞƏRH YAZ
4