Yasın Əliyev müftilikdən sağlamlığına görə istefa verib? - EXCLUSİVE DETALLAR
26.09.2020 19:37
218
Din
A
Yasın Əliyev müftilikdən sağlamlığına görə istefa verib? - EXCLUSİVE DETALLAR
Etibarlı mənbədən son dəqiqə gələn məlumata görə, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şərq üzrə müftisi Hacı Yasin Əliyevin sağlamlığında ciddi bir problem yoxdur, sadəcə şura onun son zamanlar fəaliyyətindən narazı olduğu üçün istefası qərarını verdi. Aktual.ge xəbər verir ki, GMİ-nin şərq üzrə müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa etdiyinə dair az əvvəl özünün "Facebook" hesabında bildiriş edib. "Yasin Əliyevin fəaliyyətindən şura son zamanlar narazı idi buna xüsusəndə Hafız Poluxov məsələsini göstərmək olar. Çünki həmin dövrdə heç bir ciddi reaksiya vermədi",-deyə etibarlı mənbə Aktual.ge xəbər portalına bildirib. Xatırladaq ki, Hacı Y.Əliyev az əvvəl özünün sosial şəbəkəsində sağlamlığında problem olduğuna dair müftilik vəzifəsindən istefa etdiyini bildirib. Carı ilin 28 may tarixində Marneuli və Hucabi Eparxiyasının episkopos iqamətgahında, Marneuli və Hucabi episkoposu Giorgi Camdeliani və GMİ-nin Marneuli rayonu üzrə müftisi, Hafiz Poluxov və azərbaycanlı ziyayılar arasında görüş keçirilmişdi. Həmin görüşdə H.Poluxovun iştirakına Y.Əliyev özünün "Facebook" hesabında belə bir reaksiya bildirmişdi: "Marneuli üzrə müfti Hafiz Poluxovun dünən Marneuli və hucab Yeparxiyasının iqamətgahında dinə aid olmayan məsələ haqqında rəhbərliyi məlumatlandırıb razılığını almadan iştirak etməsini olduqca yanlış bir davranış olaraq qəbul edirəm. Onu da bildirmək istəyirəm ki,razılaşdırılmadan onun sözü idarəni nə təmsil edir və nə də mövqeyini əks etdirə bilməz bu davranışına görə tərəfimizdən töhmət olundu yaxında dini şura üzvüləri qarşısında cavab verdikdən sonra barəsində qərar veriləcəkdir".
ŞƏRH YAZ
2