ABŞ-a qaçan Audit Xidmətinin keçmiş rəhbərinə siyasi qaçqın statusu verilib
07.09.2022 00:23
394
Siyasət
A
ABŞ-a qaçan Audit Xidmətinin keçmiş rəhbərinə siyasi qaçqın statusu verilib

Dövlət Audit Xidmətinin keçmiş rəhbəri Laşa Tordianın sözlərinə görə, ona ABŞ-da siyasi qaçqın statusu verilib. 

Aktual.ge xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində bildirib.

“Dörd illik prosesin sonunda mənə siyasi qaçqın statusu verildi!",- deyə Laşa Tordia qeyd edib.

Xatırladırıq ki, Dövlət Audit Xidmətinin keçmiş rəisi Laşa Tordia ilə keçmiş baş prokuror Otar Partsxaladze arasında 2017-ci il mayın 12-də Tbilisinin Şardeni küçəsində yerləşən “El Centro” klubunda insident baş verib. Laşa Tordiyanın sözlərinə görə, ona Otar Partsxaladze və onu müşayiət edən bir neçə şəxs hücum edib. Dövlət Audit Xidmətinin sabiq rəisi baş verənləri xidməti vəzifələrinin icrası ilə əlaqələndirib.

2021-ci ildə Laşa Tordia "Formula" müsahibəsində Gürcüstanda təqib edildiyini, özünün və ailəsinin həyatı ilə təhdid edildiyini, bu səbəbdən ölkəni tərk etməli olduğunu söylədi.

ŞƏRH YAZ
2