Türkiyə Basketbol Federasiyası Tbilisidə Gürcüstana qalib gələn Monteneqroya paxlava göndərdi - FOTO
08.09.2022 13:04
363
İdman
A
Türkiyə Basketbol Federasiyası Tbilisidə Gürcüstana qalib gələn Monteneqroya paxlava göndərdi - FOTO

Paytaxt Tbilisidə davam edən "FIBA EuroBasket 2022" çərçivəsində Gürcüstanı 81-73 məğlub edən Monteneqroya Türkiyə A Milli Kişi Basketbol komandası matçın sonunda paltardəyişmə otağına paxlava göndərərək təbrik edib. 

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayır.

Monteneqro Basketbol Federasiyasının sosial media hesabındakı paylaşımda paxlavanın fotosu yer alıb və "Türkiyə Basketbol Federasiyası paxlava üçün təşəkkürlər, Berlində görüşənədək" ifadəsi qeyd olunub.

A qrupunda son matçlardan sonra ilk dördlükdə qərarlaşan İspaniya, Türkiyə, Monteneqro və Belçika son 16 tura yüksəlib. Gürcüstan son matçda Monteneqroya 81-73 hesabı ilə uduzaraq çempionatdan kənarlaşdırılıb.

Xatırladaq ki, basketbol üzrə Gürcüstan və Türkiyə milli komandaları arasında Avropa çempionatının A qrupunun III tur oyununda insident baş verib. Tbilisidəki eyniadlı idman kompleksində baş tutan matçda Türkiyə Basketbol Federasiyasının vitse-prezidenti Ömər Onan deyib ki, komandamızın üzvü Furkan Korkmaz rəqib oyunçuların hücumuna məruz qalıb. O deyib ki, hadisəyə meydan sahiblərindən Duda Sanadzenin görüşün başa çatmasına 4 dəqiqə 48 saniyə qalmış Korkmaza qarşı kobud oynaması səbəb olub. Onun sözlərinə görə, hakimin qərarına etiraz edən yerli idmançı daha sonra türkiyəli basketbolçuya qeyri-etik ifadələr işlədib. Bundan əsəbləşən Korkmaz rəqibin üzərinə gedib və nəticədə ara qarışıb. Qalmaqalın böyüməsinə hakimlər və digər basketbolçular imkan verməyiblər. Hər iki oyunçu hakimin qərarı ilə diskvalifikasiya edilib. Bununla belə Ömər Onan deyib ki, onlar paltardəyişmə otağına yollanarkən Gürcüstan yığmasının 3 basketbolçusu və polisllər türkiyəli oyunçuya hücum edib. Özünü müdafiə edən Korkmaz yüngül xəsarətlər alıb. Gürcüstan Basketbol Federasiyası Ömər Onanın açıqlamalarını konkret yalanlayaraq, qeyri etik adlandırıb və təxribat olduğunu bəyan edib.

ŞƏRH YAZ
2