Marneuli Meriyası “Tsereteli” klubunun futbolçularına brend formalar hədiyyə edib 
09.09.2022 14:32
355
İdman
A
Marneuli Meriyası “Tsereteli” klubunun futbolçularına brend formalar hədiyyə edib 

Marneuli Meriyası “Tsereteli” futbol klubunun futbolçularına brend formalar hədiyyə edib.

Aktual.ge xəbər verir ki, bu barədə Meriya məlumat yayır.

Bildirilib ki, merin müavini Temur Şubitidze futbolçular ilə şəxsən görüşüb, onlara formaları təqdim edib və uğurlar arzulayıb. 

Məlumat üçün bildirək ki, həvəskarlar arasında futbol üzrə “Həvəskarlar Liqası” çempionatı çərçivəsində, Tseretelinin futbol komandası regional mərhələ görüşündə növbəti qələbəsini qazanıb. Bundan əvvəl isə sözügedən klub regional Qızılhacılı FC-ya 4-2 məğlub olmuşdu. Bunu da məlumat üçün bildirək ki, “Həvəskarlar Liqası” həvəskar futbol üzrə rəsmi çempionatdır. Sözügedən çempionat, ölkə miqyasında keçirilir və Avropa futbolunun idarəedici orqanı olan UEFA tərəfindən tanınır.

 

ŞƏRH YAZ
4