Türkiyəli nazir Tbilisi Cümə Məscidində müftinin qonağı olub - FOTO
09.09.2022 15:42
356
Mədəniyyət
A
Türkiyəli nazir Tbilisi Cümə Məscidində müftinin qonağı olub - FOTO

Gürcüstanda rəsmi səfərdə olan Türkiyə Cümhuriyyətinin Ticarət naziri Mehmet Muşi Tbilisinin Cümə məscidində ənənəvi cümə namazında iştirak edib.

Aktaul.ge xəbər verir ki, namazdan sonra nazir Mehmet Muşa Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi-Gürcüstanın müftisi Etibar Eminov qarşılayıb.

Müfti qonağa Gürcüstan müsəlmanlarının vəziyyəti, GMİ-nin fəaliyyəti, gələcək planları, müsəlman icmasının dövlətlə münasibəti və digər konfessiyalardan danışıb.

Türkiyəli nazir səmimi qəbula görə Etibar Eminova təşəkkür edibvə GMİ-nin fəaliyyətini müsbət qiymətləndirib və ona uğurlar arzulayıb. Müfti Mehmet Muşa paytaxtın rəsmini hədiyyə olaraq təqdim edib.

Görüşdə Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və səfirliyin dini məsələlər üzrə müşaviri Əhməd Ərdəm də iştirak edib.

ŞƏRH YAZ
1