İllər sonra yeni tədris ili korona məhdudiyyətləri olmadan başladı 
15.09.2022 10:40
379
Mədəniyyət
A
İllər sonra yeni tədris ili korona məhdudiyyətləri olmadan başladı 

Gürcüstan məktəblərində yeni tədris ili başlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni tədris ilindən Gürcüstan məktəblərində birinci sinifdən on ikinci sinfə kimi 632 min 726 şagird təhsil alacaq.

Məlum olduğu kimi, Gürcüstan Təhsil və Elm Nazirliyi ilə Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin birgə qərarı ilə sentyabrın 30-dək 6 yaşı tamam olacaq uşaqlara birinci sinfə qeydiyyatdan keçmək imkanı verilib. Gürcüstan məktəblərində bu il ümumilikdə 55 min 717 1-ci sinif şagirdi təhsil almağa başlayacaq.

Bundan əlavə, ölkədə yaxşılaşmış epidemioloji vəziyyəti nəzərə alaraq, Gürcüstanın Təhsil və Elm Nazirliyi Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək məktəblər üçün yenilənmiş tövsiyələr hazırlayıb. Güzəştli tövsiyələrə əsasən, məktəb binasına şlaqbaumla daxil olmaq, termoskring yoxlama və maska ​​taxmaq öhdəliyi ləğv edilib.  Yeni tədris ilindən siniflərdə və dəhlizlərdə şagirdlər arasında bir metr məsafənin saxlanması, növbəli şəkildə şagirdlərin bölüşdürülməsi və ya dərs cədvəlinin yüngülləşdirilməsi üçün hibrid tədrisin tətbiqi öhdəliyi aradan qaldırılıb.

Məktəbdə koronavirus aşkar edildikdə, virusun daxili yayılmasının qarşısının alınması məqsədi ilə məktəb müəllimi/işçisi və/və ya məktəb şagirdi Səhiyyə nazirinin əmri ilə müəyyən edilmiş müddətə təcrid olunacaq.

Bundan başqa, yeni dərs ilindən məktəblərdə iki həftədə bir dəfə müəllimlərin icbari sınaq imtahanı keçirmək öhdəliyi olmayacaq.

Yenilənmiş tövsiyyələr həmçinin məktəb ərazisində yemək müəssisələri və məktəb dərnəkləri ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Müvafiq olaraq, 2022-2023-cü tədris ilindən Gürcüstanın ümumi təhsil müəssisələrində məktəb bufetlərinin və məktəb dərnəklərinin fəaliyyəti yenilənəcək.

Məlumat üçün bildirək ki, ötən illərdə Covid19 pandemiyasına görə yeni tədris ili bir sıra məhdudiyyətlərlə başlayıb.

Yeni tədris ili münasibətilə bütün valideynləri təbrik edib, məktəb ictimaiyyətinə və şagirdlərə uğurlar arzulayırıq.

ŞƏRH YAZ
0