Qızılhacılı kəndində İmam Hüseynin
18.09.2022 00:48
638
Din
A
Qızılhacılı kəndində İmam Hüseynin "Ərbəin" mərasimi keçirilb

Marneuli rayonunun Qızılhacılı kəndində seyyid ocağına Hz.İmam Hüseyn (ə) qırx (Ərbəin) mərasimi baş tutub.

Aktual.ge məlumat verir ki, Hz.Məhəmməd Peyğəmbərimizin (s) əziz nəvəsinin qırx mərasimi Hz. İmam Həsən (ə) Məscidi və kənd möminlərinin təşkilatçılığı ilə keçirilib. 

Anım mərasimində çıxış edən edən ilahiyyatçı Hacı Qurban Murquzov Kərbəla şəhidlərindən söz açıb və bu günlərdə İmam Hüseyn əleyhissalamı Kərbəla şəhərində milyonlarla insanın ziyarət etdiyini xatırladıb. O eləcə də Azərbaycan şəhidlərinin xatirələrinidə ehtiramla yad edib. 

Məclisdə ehsan süfrəsi açılıb, ölkə və dünya müsəlmanları üçün dualar edilib.

ŞƏRH YAZ
0