Ağır yol qəzası: 2 ölü, 4 yaralı
23.09.2022 13:31
543
Hadisə
A
Ağır yol qəzası: 2 ölü, 4 yaralı

Kedada baş verən yol qəzası iki nəfərin ölümü ilə başa çatıb. 

Aktual.ge xəbər verir ki, ilk məlumata görə, turist mikroavtobusu ilə qoşqu toqquşub.

Təcili Tibbi Yardım xidmətinin məlumatına görə, bir nəfər yaralı təcili tibbi yardım briqadası tərəfindən Batumi "BMS"-yə aparılıb, üç nəfər isə səthi xəsarətlərlə "Medalfa" xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və patrul polisi səfərbər olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
3