Kateqoriyalar
Marneuli rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəi baş verib.
Aktual.ge xəbər verir ki, hadisə Bələdiyyənin Qızılhacılı kəndindəki 26 May küçəsində qeydə alınıb.
Belə ki, təxminən saat 22:40 radələrində baş verən yol-nəqliyyat hadisəsində yaşı 50-dən yuxarı olan kişi yolu keçmək istəyərkən onu "Vaz 07" markalı hərəkətdə olan avtomobil vurub. Piyadanı vuran avtomobil hadisə yerindən dərhal uzaqlaşıb. Ətraf sakinlərin dəstəyi ilə hadisə yerinə gələn təcili yardım xəsarət alan kişini klinikaya aparıb.
Hadisə yerinə patrul polisi cəlb olunub. Hadisəni törədən şəxsin bu mərhələdə saxlanılıb-saxlanılmadığı barədə məlumatı xəbər portalımız öyrənməyə çalışır.