Rusiyanın Gürcüstanla sərhəddə yerləşən Lars sərhəd keçid məntəqəsinə BTR zirehli maşının hərəkət etdiyi görülüb.
Aktual.ge xəbər verir ki, məsələ ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) açıqlama verib.
Bildirilib ki, zirehli transportyor (BTR) gözlənilməz hadisə zamanı təhlükəsizliyi təmin etmək üçün Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsinə hərəkət edir.
“Zirehli transportyor Larsa hərəkət edir, lakin keçid məntəqəsi qurmaq üçün hərəkət etmir, kobud desək, ehtiyatdır ki, vətəndaşlar keçid məntəqəsini yarıb heç bir sərhəd rəsmiləşdirməsini tamamlamadan ölkəni tərk etmək istəməsinlər”,- məlumatda deyilir.
Qeyd olunur ki, keçid məntəqəsi normal rejimdə işləyir, hərbi yaşda olan kişilərin ölkədən çıxmasına məhdudiyyət qoyulmayıb.