Nazir son günlər Gürcüstana daxil olan rusların sayını açıqladı
27.09.2022 15:22
460
Siyasət
A
Nazir son günlər Gürcüstana daxil olan rusların sayını açıqladı

Daxili işlər naziri Vaxtanq Qomeluar Gürcüstana 250 min Rusiya vətəndaşının gəlməsi ilə bağlı yayılan məlumatı yalan adlandırır.

Aktual.ge xəbər verir ki, nazir bunu jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyadan Gürcüstana gələnlərin sayı təxminən 40-45% artdığını bildirib.

"250 min nəfərin daxil olmasına gəlincə, bu düzgün deyil, yalandır, o qədər də çox adam ölkəyə giriş etməyib. Təxminən 4-5 gün əvvəl ziyarətçilərin sayı 5 mindən 6 minə indi isə 10 minə qədər artıb, haradasa 40-45%",-deyə Vaxtanq Qomelauri qeyd edib.

Nələr baş verir?

Rusiyanın Ukraynaya hücumları davam edərkən digər bir tərəfdən də Prezident Vladimir Putin 21 sentyabr tarixində ölkədə qismən səfərbərlik elan edib. Elan edilən qismən səfərbərlikdən sonra müharibədə iştirak etmək istəməyən ruslar ölkələrini elə həmin gündən tərk etməyə başlayıblar. Ruslar bu günlərdə ən çox Finlandiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan,  Türkiyə xüsusilədə Gürcüstana üz tuturlar.

 

ŞƏRH YAZ
3