Hökumət Rusiya ilə sərhədi niyə bağlamadığının səbəbini açıqladı
29.09.2022 21:29
556
Siyasət
A
Hökumət Rusiya ilə sərhədi niyə bağlamadığının səbəbini açıqladı

"Gürcüstan Rusiya ilə sərhədi bağlaya bilməz, çünki bu addım Putinə Ukraynaya döyüşmək üçün daha çox adam göndərməyə kömək edəcək".

Aktual.ge məlumat verir ki, bu fikirləri Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.

"Burada bir növ mənəvi dilemma yaranıb - bu adamlar Rusiyadan qaçırlar ki, səfərbər olmasınlar və Ukraynada müharibəyə getməsinlər. Ona görə də indi sərhədi bağlasaq,  biz şübhəsiz ki, Putinə adam toplanmasına kömək etmiş olacağıq. Ona görə də bu qərarı qəbul etmək bizim üçün çox çətindir, çünki biz Putinə bu işdə kömək etmək istəmirik”, - deyə Nikoloz Samxaradze vurğulayıb.

ŞƏRH YAZ
7