Şota Arveladze istefaya göndərilib
30.09.2022 19:34
522
İdman
A
Şota Arveladze istefaya göndərilib

İngiltərənin "Hall Siti" futbol komandasının baş məşqçisi Şota Arveladze istefaya göndərilib.

Aktual.ge-nin klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

48 yaşlı baş məşqçi bu ilin yanvarında Çempionşip təmsilçisi ilə 2,5 illik sözləşmə imzalamışdı.

Qeyd edək ki, cari mövsümə uğrusuz başlayan "Hall Siti" 10 turdan sonra 11 xalla turnir 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.

ŞƏRH YAZ
4