Nərgiz Əliyevadan sensasion sözlər: Hakimiyyət xalqı diz üstə çökdürmək istəyir amma...
02.10.2022 18:46
886
Hadisə
A
Nərgiz Əliyevadan sensasion sözlər: Hakimiyyət xalqı diz üstə çökdürmək istəyir amma...

"Xəbər portalınızın vasitəsilə əldə etdiyimiz xəbər sarsıltdı, lakin təcüb etmədim. Budur hakimiyyətin əsl siması və "seçdikləri" məmurları".

Bu sözlərlə Aktual.ge xəbər portalına müsahibəsində müxalif "Vahid Milli Hərəkat"ın Bələdiyyə deputatı Nərgiz Əliyeva hakim "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki deputatı və gürcü dili müəllimi Rəhman Musayevin məktəbdə şagirdlərini alçaldaraq dərs keçməsinə münasibət bildidirb.

O, Rəhman Musayevin məktəbdəki işindən azad edilməsini və qanunla cəzalandırılmasını tələb edir.

"Müəllimlik peşəsi olduqca məsuliyyətli və şərəfli peşədir, biz müəllimlərə, təhsil ocaqlarına etibar edib balalarımızı ora təhsil almağa göndəririk, işgəncəyə deyil, əxlaq-tərbiyələrinin pozulmasına deyil.

Sözügedən hadisə azyaşlıların psixologiyasına nə dərəcədə mənfi təsir etdiyini təsəvvür edənmirəm. Görünür ki, 'Gürcü Arzusu'nun deputatı özləri kimi dizi üstə, qul yetişdirmək arzusundadır. Acınacaqlısı odur ki, bu gün bu adam eyni zamanda o xalqa deputat kimi "seçdirilən", kəndin bələdiyyədəki simasıdır, səsidir. Bu, hakimiyyət xalqı bu, balalar kimi dizi üstə qoymaq istəyir, alçaltmaq istəyir, lakin bu alınmayacaqdır. Bizim nə balalarımız nə xalqımız qul olmayacaq, bu partiyanın arzusu gözündə qalacaq.

Düşünürəm ki, bu məsələ ilə əlaqədar aidiyyatı qurumlar qanun çərçivəsində dərhal ölçü götürməlidir, ictimai qınaq olmalıdır, bu balaların valideyinləri də ciddi şəkildə addım atmalıdırlar. Bu bir müəllim və dövlət məmuru tərəfindən azyaşlılara qarşı aparılan mənəvi işgəncə cavabsız qalmamalıdır. Məsuliyyətli şəxsin dərhal istefası və hüquqi cəzalandırılmasını tələb edirik",- deyib Nərgiz Əliyeva.

Nə baş verib?

Marneuli rayonunun kəndlərindən birində gürce dili müəllimi Rəhman Musayev məktəbdə dərs keçdiyiagirdləri cəzalandırmaq üçün alçaldıcı metod seçib. Belə ki, o, şagirdləri lövhənin qarşısında dizo üstə çökdürərək dərs keçib. Bunu da məlumat üçün bildirək ki, Rəhman Musayev eyni zamanda "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

ŞƏRH YAZ
3