SON DƏQİQƏ! DİN şagirdləri dizi üstə çöküzdürən müəllimlə bağlı hərəkətə keçdi
03.10.2022 13:07
967
Kriminal
A
SON DƏQİQƏ! DİN şagirdləri dizi üstə çöküzdürən müəllimlə bağlı hərəkətə keçdi

Marneuli rayonunun Qırxlı ictimai məktəbində gürcü dili fənnin tədrisi üzrə müəllim şagirdləri dizi üstə çöküzdürüb cəzalandırması ilə bağlı istintaq başlayıb.

Aktual.ge xəbər verir ki, müvafiq məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama verib.

Bildirilib ki, istintaq məcbur etməni nəzərdə tutan 150-ci maddə ilə aparılır.

Məlumat üçün bildirək ki, hakim "Gürcü Arzusu"nun Bələdiyyə deputatı və Qırxlı ictimai məktəbində gürcü dili fənnini tədris edən müəllimi Rəhman Musayev dərs keçdiyi şagirdləri diz üstə çökdürərək cəzalandırarıb. O, eyni zamanda şagirdlərin foto şəklini çəkərək yaxınları ilə bölüşüb. Sözügedən foto ictimailəşdikdən sonra Rəhman Musayev səhhətində problem olduğunu deyərək, məktəbdəki vəzifəsindən istefa verib. Sözügedən məsələ ölkənin gündəm predmetinə çevrilib.

 

ŞƏRH YAZ
2