Rusiya-Gürcüstan sərhədindənki son vəziyyət belədir
04.10.2022 16:50
473
Hadisə
A
Rusiya-Gürcüstan sərhədindənki son vəziyyət belədir

Rusiya-Gürcüstan sərhədində vəziyyət sabitləşib.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiyaya bağlı Şimali Osetiya-Alaniya Respublikasından bildirilib.

Qeyd olunub ki, qismən səfərbərlik elan olunandan sonra Rusiyanın Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” sərhəd keçid məntəqəsində kilometrlərlə uzunluqda yaranan avtomobil növbəsi ilə bağlı vəziyyət sabitləşib.

O da bildirilib ki, sərhəddən Gürcüstana keçmək istəyənlərin sayında da azalma baş verib.

Məlumat üçün bildirək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmasından sonra Gürcüstan sərhədində böyük növbə yaranıb. Vəziyyətin gərginliyi səbəbindən Vladiqafqazdan Gürcüstan istiqamətində avtomobillərin hərəkəti dayandırılıb. Rusiya Hökuməti Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsi açıb.

Analoji vəziyyət Rusiyanın Qazaxıstan sərhədində də qeydə alınıb.

ŞƏRH YAZ
3