Marneuli-Bolnisi birləşdirici yolu ilə bağlı Departamentdən AÇIQLAMA
05.10.2022 11:31
416
Siyasət
A
Marneuli-Bolnisi birləşdirici yolu ilə bağlı Departamentdən AÇIQLAMA

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti beynəlxalq əhəmiyyətli Poniçala-Marneuli-Ququti avtomobil yolunun 8 km-lik hissəsinin bərpasını fəal şəkildə davam etdirir. 

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Departamentdən bildirilib ki, reabilitasiya hissəsi Marneuli və Bolnisi bələdiyyələrinin ərazisində yerləşir və Qızılhacılı, Farizi (Muğanlı) və Tsurtavi (Kolayır) kəndlərindən keçəcək. Yol əhalinin sıx olduğu hissədən keçir.

“Reabilitasiya layihəsi yolun texniki göstəricilərinin yaxşılaşdırılmasını, yol örtüyünün bərpasını, suötürücülərin və mövcud süni konstruksiyaların təmirini və yenilərinin təşkilini nəzərdə tutur; birləşmələrin, sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərin təşkili; habelə yolun hərəkət hissəsinin nişanlanması və yol nişanlarının düzülüşü.

Layihənin dəyəri 6 milyon 184 min 352 lari təşkil edir və bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

"Poniçala-Marneuli-Ququti yolu Ermənistan Respublikasının sərhədinə aparır və onun inkişafı həm tranzit daşımalar, həm də Bolnisi və Dmanisi turizm obyektlərinə rahat şəkildə çatmaq baxımından vacibdir", - məlumatda qeyd olunur.

Məlumat üçün bildirək ki, Marneuli-Bolnisini yolunun Qızılahcılı hissəsində yerləşən əsas körpüsünün fəaliyyəti hələ də bərpa edilməyib. Təqribən 5 aydır ki, sözügedən hissədə işlərin ləngidiyi müşahidə olunub.

ŞƏRH YAZ
5