05.10.2022 12:49
406
Siyasət
A
"Saakaşvili yenidən aclıq aksiyasına başlasa öləcək"

"Bizdə məlumat var ki, prezident Saakaşvili yemək qəbul etmir. Ona yemək gətirdilər, amma yeməkdən imtina etdi".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin amerikalı vəkili Massimo Dangelo məlumat verib.

O bildirib ki, Saakaşvili yenidən aclıq aksiyasına başlayarsa, tibb qrupları və həkimlər çox narahat olacaqlar.

“Biz hələ də burada doktor Kobbun təsdiqini gözləyirik. “Vivamed” klinikasının girişində tibb mütəxəssisləri səbirlə gözləyirlər. Ümid edirik ki, tezliklə bu təsdiqi alacağıq. Biz çoxdandır, çox səbirlə çalışırıq. Bizdə də məlumat var ki, prezident Saakaşvili yemək götürmür. Ona yemək gətirdilər, amma yeməkdən imtina etdi. Hazırda həkimlər ona baş çəkmək üçün çox həvəslidirlər, çünki Saakaşvili yemək yeməsə və aclığ aksiyasına başlasa, öləcək”, - Massimo Dangelo bildirib.

 

ŞƏRH YAZ
2