İctimai fəal Samirə Bayramova Xalq Müdafiəçisinə (Ombdusman) və Təhsil Nazirliyinə Qırxlı ictimai məktəbində müəllim şagirdləri dizi üstə çökdürməsi ilə bağlı şikayət müraciəti ünvanlayıb.
Aktual.ge xəbər verir ki, ictimai fəalın müraciəti Marneuli rayonunun Qırıxlı kənd məktəbinin müəllimi Rəhman Musayev və həmin məktəbin direktoru ilə bağlı faktın araşdırılması və aidiyyəti orqanlara tövsiyələrin verilməsi ilə bağlıdır.
O, tələb edib ki, müraciət ünvanladığı qurumlardan tələb edib ki, müvafiq məsələ qanun çərçivəsində araşdırılsın.
"Məktəb direktorunun (vəzifəsini icra edənin) vəzifələrini vicdanla və qanun çərçivəsində yerinə yetirməsi ilə bağlı ayrıca araşdırmalara başlayın. Bütün məktəblərdə müəllimlərin səriştəsini yoxlamaq üçün xüsusi komissiya yaradılsın. Uyğunsuzluq olarsa, fənn müəllimi təhsil sahəsindən azad olunmalı və qeyri-gürcü dilli məktəblərdə ikidilli gənc müəllimlərin məktəblərdə işə başlamalarına şərait yaradılmalıdır, çünki bu gün onlar qohumbazlığa görə məktəblərdə işə başlaya bilmirlər. Qeyri-gürcü dilli məktəblərdə direktorların və direktor vəzifəsini icra edənlərin ixtisasları yoxlansın və məktəblərdə qohumbazlıq faktorlarına reaksiya verilsin. Təhsilli və gənc kadrların məktəb idarəçiliyinə cəlb olunması təşviq edilsin", - deyə Samirə Bayramovanın müraciətidə qeyd olunub.
Məlumat üçün bildirək ki, hakim "Gürcü Arzusu"nun Bələdiyyə deputatı və Qırxlı ictimai məktəbində gürcü dili fənnini tədris edən müəllimi Rəhman Musayev dərs keçdiyi 4-cü sinif şagirdlərini dizləri üstə çökdürərək cəzalandırarıb. O, eyni zamanda şagirdlərin foto şəklini çəkərək yaxınları ilə bölüşüb. Sözügedən foto ictimailəşdikdən sonra Rəhman Musayev səhhətində problem olduğunu deyərək, məktəbdəki vəzifəsindən istefa verib. O, eyni zamanda bu 3 oktyabr tarixində Bələdiyyə deputatlığı mandatından da istefa verib.