Qardabani bələdiyyəsinin mərkəzi parkında “Qardabnoba 2022” ictimai bayramı keçirilib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Qardabani bələdiyyəsinin meriyası yayıb.
Məlumata görə, Qardabaninin dövlət bayramının 30-cu ildönümü bayram tədbiri ilə qeyd olunub və Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişvili Qardabani Bələdiyyəsinin meri Davit Karqareteli və Bələdiyyə Məclisinin deputatları iştirak edib.
Tədbir çərçivəsində Mədəniyyət və İstirahət Parkında sərgi meydançaları və qastronomik zona təşkil olunub. Qonaqlar müxtəlif mədəni və maarifləndirici tədbirlərə baş çəkmək və iştirak etmək imkanı əldə ediblər.
Konsert “Betaniya” folklor ansamblının ifasında “Mravaljamieri” ilə təntənəli şəkildə açılıb.Yerli ansambllar gürcü və Azərbaycan xalq, ənənəvi musiqi nömrələrini tamaşaçılara təqdim ediblər.
Qardabaninin fəxri vətəndaşlarının təltif edilməsi mərasimində Kvemo Kartli bölgə qubernatoru Giorgi Doxturişvili, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, Sakrebulonun sədri Mixeil Gedekxauri və üzvləri tərəfindən xüsusi sertifikatlar və simvolik hədiyyələr təqdim edilib. Parlament üzvləri - Zaur Darqallı, İrakli Şatakişvili və Savalan Mirzəyev də mərasimdə iştirak edib.