Tarixi açıqlandı - Ankara-Tbilisi uçuşları başlayır
06.10.2022 01:33
345
İqtisadiyyat
A
Tarixi açıqlandı - Ankara-Tbilisi uçuşları başlayır

Türkiyənin paytaxtı Ankaradan Tbilisiyə kovidpandemiyadan sonra ilk dəfə birbaşa yeni təyyarə reysi açılıb.

Aktual.ge xəbər verir ki, Gürcüstan Türkiyədəki səfiri Giorgi Janjğava özünün sosial şəbəkə hesabında Ankara-Tbilisi istiqamətində reyslərin açılacağı barədə foto məlumat paylaşıb.

Diplomatın paylaşımına əsasən, sözügedən istiqamətdəki uçuşlar "Pegasus Hava Yolları" tərəfindən 2 noyabrdan həyata keçiriləcək.

Ankara-Tbilisi uçuşlarının qiymətinə gəlincə 39,99 ABŞ dolları olacağı bildirilib. Hələlik sözügedən istiqamətdəki uçuşların həftə neçə dəfə həyata keçiriləcəyi məlum deyil.

ŞƏRH YAZ
0