
Rusiyanın Ukraynaya hücumları və müharibə başlayandan sonra Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə artıb.
Aktual.ge xəbər verir ki, bu Gürcüstan Milli Statistika İdarəsinin iki ölkə arasındaki ticarət dövriyəsi məlumatlarında öz əksini tapıb.
Beləki, bu ilin mart ayında ticarət dövriyyəsi 109,013 milyon ABŞ dolları idisə, avqustda 263,129 milyon ABŞ dolları təşkil edib. Qalan aylara gəlincə, məlumatlar belə görünür: aprel 176 092 milyon ABŞ dolları, may 205 828 milyon ABŞ dolları, iyun 197 188 milyon ABŞ dolları, iyul 251 732 milyon ABŞ dolları.
Statistikaya əsasən, mart-avqust aylarında Gürcüstandan Rusiyaya 316,375 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, 886,607 milyon ABŞ dolları dəyərində isə məhsul idxal olunub.
“Business Press News” bu ilin əvvəlindən avqust ayına qədər Rusiyada ən böyük miqdarda alıb-satdıqlarımızın siyahısını təqdim edir.
5 idxal məhsulu
Ən çox ixrac edilən 5 məhsul: