Marneulidə məktəbdə yanğın - Şagirdlər təhliyyə edilir (FOTO)
06.10.2022 14:13
612
Hadisə
A
Marneulidə məktəbdə yanğın - Şagirdlər təhliyyə edilir (FOTO)

Marneuli rayonunda yerləşən 6 saylı ictimai rus məktəbində yanğın baş verib.

Aktual.ge hadisə yerindən məlumat verir ki, hazırda bütün şagirdlər məktəbdən təhliyə edilir.

Əldə edilən məlumata görə, yanğının miqyası böyük deyil. İlk məlumatlara görə, yanğın məktəbin daxilində ki, elektriklə əlaqədardır. Kənar şəxslər təhsil ocağının daxilinə giriş etməsinə icazə verilmir.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

ŞƏRH YAZ
4