14 yaşlı Mədətin sizin yardımınıza ehtiyacı var
06.10.2022 14:45
364
Siyasət
A
14 yaşlı Mədətin sizin yardımınıza ehtiyacı var

Marneuli rayonunun Qırıxlı kəndindən olan və bir neçə ildir ki, ağır xəstəlikdən əziyyət çəkən 14 yaşlı Mədət Əmiraslanın sizin dəstəyinizə ehtiyacı var.

2019-cu ildən etibarən limfa vəzilərinin bədxassəli xərçəngindən əziyyət çəkən Mədət Tbilisidə bir neçə dəfə əməliyyat keçirsə də səhhətində yaranmış problemlərlə əlaqədar təcili olaraq Türkiyəyə aparılıb.

14 yaşlı Mədət hazırda İstanbulun Ümraniyə Emsey Hospitalına yatırılıb və əməliyyat edilib. Müalicəsinin davam etdirilməsi üçün onun mütləq şəkildə maddi dəstəyə ehtiyacı var.

Onun yaxınları bildirib ki, 14 yaşlı yeniyetmənin kimya terapiya kurslarına ehtiyacı var. Həmin müalicə kursları və əlavə müalicələr üçün 30 min ABŞ dolları tələb edilir. Mədət Əmiraslanın çətin vəziyyətdə olan ailəsi və yaxınları insanlardan yardım istəyir. 

14 yaşlı Mədətə kömək etmək üçün aşağıda sizə bank hesablarını təqdim edirik:

"Bank of Georgia" GE25BG0000000533356897 (Dayısı, Hüsən Piriyev)

"TBC" Bank: GE65TB7301545064400001 (Atası, İlham Əmiraslanov)

Azərbaycan Unibank: 5243754418696892 (Əmisi, Əmiraslanov Rəşad Əli oğlu)

TEL: +994 55 796 77 78 - WhatsApp (Atası, İlham Əmiraslanov)

ŞƏRH YAZ
0