
Kateqoriyalar
Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emanuel Makron arasında qeyri-rəsmi görüş olub.
Aktual.ge xəbər verir ki, görüş “Avropa Siyasi Birliyi” liderləri zirvə topantısı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Ermənistanın xarici işlər naziri Aroray Mirzoyan da iştirak edib.
Liderlərin qeyri-rəsmi bir araya gəlməsi isə dünya mediasının gündəm mövzusuna çevrilib.