06.10.2022 16:05
343
Siyasət
A
"Onlar hər gün Saakaşvilinin ölümündən və səhhətindən danışırlar"

"Onlar hər gün Saakaşvilinin ölümündən və səhhətinin ciddi şəkildə pisləşməsindən danışırlar, artıq bir ildir ki, bu haqda danışırlar və insanlar bundan beziblər".

Aktual.ge xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin səhhəti ilə bağlı deyilənlər yalnız siyasi spekulyasiyadır.

“Bütün bunların heç bir əsası yoxdur. İctimai müdafiəçi içəri girdi və hətta həbsxanadan diaqnoz belə ala bilmədi. Siyasi spekulyasiyalar var. Məhkumun sağlamlığının qayğısına qalmaq üçün əvvəldən axıra qədər cəzaçəkmə müəssisəsi və xəstəxana cavabdehdir və bu, belə davam edəcək, bu dövlətin öhdəliyidir”, - İrakli Kobaxidze qeyd edib.

 

ŞƏRH YAZ
11