Kiyev Məhkəməsi Saakaşvilinin Ukraynaya köçürülməsi barədə qərar qəbul edib
06.10.2022 18:39
280
Siyasət
A
Kiyev Məhkəməsi Saakaşvilinin Ukraynaya köçürülməsi barədə qərar qəbul edib

"Bu dəqiqələrdə məlum olub ki, Kiyev məhkəməsi Mixail Saakaşvilinin istintaq üçün müvəqqəti olaraq Ukraynaya köçürülməsi barədə qərar qəbul edib".

Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı "Mtavari"yə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze təsdiqləyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ukrayna Ədliyyə Nazirliyi sözügedən qərarı Gürcüstana göndərəcək, bundan sonra Mixail Saakaşvilinin təhvil verilib-verilməməsi onların öz ixtiyarındadır.

"Prokurorluq Saakaşvilinin şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb və Ukrayna məhkəməsi Saakaşvilinin Gürcüstandan Ukraynaya köçürülməsi, onun zərərçəkmiş qismində dindirilməsi barədə qərar qəbul edib"-, deyə o, qeyd edib.

ŞƏRH YAZ
2