Ərdoğandan Ermənistana çağırış: “Azərbaycanla sülh müqaviləsi imzalayın”
07.10.2022 01:04
280
Dünya
A
Ərdoğandan Ermənistana çağırış: “Azərbaycanla sülh müqaviləsi imzalayın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb.

Aktual.ge xəbər verir ki, Türkiyə lideri bunu Praqada mətbuat konfransı zamanı bəyan edib.

O, qeyd edib ki, Türkiyə Ermənistanla normallaşma prosesində heç bir ilkin tələb irəli sürmür.

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərini tez bir zamanda istiləşdirmək və bu məsələni həll etmək istəyir.

Mənbə: TRT

ŞƏRH YAZ
0