Əliyev:
07.10.2022 01:15
319
Dünya
A
Əliyev: "Paşinyana müraciət edəndə ki, bizə yol verin, cavab ala bilmədim"

"Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət, bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim".

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Prezidenti İlham Əliyev Praqada jurnalistlərə müsahibəsində deyib.

“Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, - deyə İlham Əliyev əlavə edib.

ŞƏRH YAZ
0