Müfti dini təhsil alan gənclərə sertfikat və hədiyyələr təqdim edib
09.10.2022 19:00
378
Din
A
Müfti dini təhsil alan gənclərə sertfikat və hədiyyələr təqdim edib

Şərqi Gürcüstan Müftiliyinin Elmi Şurasının təşəbbüsü ilə bölgələrdə fəaliyyət göstərən dini tədris mərkəzlərində, məscidlərdə və dərsxanalarda dini təhsil alan tələbələrə Əsas Dini Biliklərdən imtahanların ikinci final mərhələsi keçirilib. 

Aktual.ge xəbər verir ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şərqi-Gürcüstan müftisi Etibar Eminov məlumat verib.

O, qeyd edək ki, imtahan bu gün Tbilisi Cümə Məscidində baş tutub. İmtahanda Tbilisi, Qardabani, Marneuli Bolnisi, Dmanisi və Saqareco bölgəsindən tələbələr iştirak edib. 

Müfti imtahanların final mərhələsində qalib olan tələbələrin adlarını da açıqlayıb:

1-ci yer Emil Səfərli və Vüsal Alməmmədov 
2- ci yer Röyal Ramazanov və Əli Tanriverdiyev 
3- cü yer Orxan Alməmmədov və Sədrəzən Bədəlov 
4 - cü yer Durmuşxan Musayev və İsə İsayev 
5 - ci yer Coşqun Məhərov və Ömər Şəmşiyev. Onu da vurğulayaq ki, yarışmada 15 yaş aşağısı və 15 yaş üstü tələbələr iştirak ediblər və hər iki təbəqədən qaliblər seçilib.

Qaliblərə müfti və din xadimləri tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub, eləcə də onların müəllimlərinə də sertifikatlar verilib.

Etibar Eminov imtahanda maddi və mənəvi dəstəkləri olan Əhməd Ərdəmə, Musa Hacıyevə, Bəxtiyar Tanrıverdiyevə və Natiq Əliyevə də təşəkkürnamələr təqdim edib.

ŞƏRH YAZ
4