Marneulidə Hz.Peyğəmrin təvəllüdü qeyd olunub
10.10.2022 19:28
458
Din
A
Marneulidə Hz.Peyğəmrin təvəllüdü qeyd olunub

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BMGİ) təşkilatçılığı və Türkiyənin Gürcüstandakı Səfirliyinin Din İşləri Müşavirliyinin dəstəyi ilə bu gün, 10 oktyabr sözügedən İdarənin Marneulidəki ofisində Həzrəti Məhəmməd (s) Peyğəmbərin mövludu ilə bağlı tədbir keçirilib. 

Aktual.ge xəbər verir ki, Batumi Mərkəzi Məscidinin imamı hafiz Murtaza Vanadzenin Qurani Kərim tilavətindən sonra tədbirin aparıcısı Hacı Bəkiroğlu tədbiri açlq elan edib və çıxış üçün müfti Etibar Eminovu kürsüyə dəvət edib. 

Müfti Etibar Eminov çıxışında bu cür tədbirlərin əhəmiyyətindən danışıb və Həzrəti Məhəmməd (s) Peyğəmbərin anlatmağın və anlamağın ən gözəl vasitələrindən biri olduğunu vurğulayıb.

Sonra BGMİ-nin şeyxi hacı Ramin İgidov, Türkiyənin Gürcüstandakı Səfirliyinin Din İşləri müşaviri Ahmet Erdem, İranın Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Həsən Yusifzadə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, Türkiyə Maarif Vəqfinin Tbilisi koordinatoru Ali Sedat Arslan çıxış ediblər. Daha sonra tədbir BGMİ tərəfindən təşkil olunmuş süfrə arxasında davam davam edib.

ŞƏRH YAZ
2