Tbilisidə əziz Peyğəmbərimizin (s) mövlud gününə həsr olunmuş konfrans keçirilib - FOTO
12.10.2022 22:30
334
Din
A
Tbilisidə əziz Peyğəmbərimizin (s) mövlud gününə həsr olunmuş konfrans keçirilib - FOTO

Bu gün, Tbilisidə “İslam peyğəmbərinin (s) örnək ictimai həyatı və ümmətə tapşırığı” mövzusunda konfrans keçirilib. 

Aktual.ge xəbər verir ki, Tbilisidə “Alulbeyt” Mərkəzində təşkil olunan konfransda Azərbaycan, Türkiyə və İran İslam Respublikası səfirliyinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Əziz Peyğəmbərimizn (s) mövlud həftəsinə həsr olunmuş konfransda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adem Şantadza, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları mövzu ətrafında çıxış ediblər. 

Hacı Rahid Kərimovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan konfransda İnsanlığa nümunə olaraq təqdim olunan əziz Həzrəti Peyğəmbərimiz Məhəmməd (s) ictimai həyat tərzi, ailədə, ümmət arasında və qeyri müsəlmanlarla münasibətdə örnək rəftar və davranışı haqda danışılıb. Peyğəmbər həzrətlərinin ümmətə vəhdət haqda tapşırığı və ümmətinin gələcəyi ilə bağlı nigarançılıqları barədə ətraflı məlumatlar verilib.

Konfrans dua oxunmaqla sona çatıb. İştirakçlara Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olunub.

ŞƏRH YAZ
1