Hacı Təhməz Həsənov vəfat edib
07.11.2022 13:07
530
Din
A
Hacı Təhməz Həsənov vəfat edib

Uzun illərdir Tbilisi Cümə Məscidində xidmət edən Hacı Təhməz Həsənov vəfat edib.

Aktual.ge məlumat verir ki, Təhməz dayı ötən axşam həyata gözlərini yumub.

Təhməz Həsənovun vəfatı ilə bağlı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şəriq-Gürcüstan müftisi Etibar Eminov da baş sağlığı verib:

"Təhməz dayının Tbilisi Cümə Məscidindəki xidməti əvəzsizdir. Məscidin ən çətin zamanlarında belə müqəddəs məkanı sahibsiz buraxmamış hər zaman müsəlmanların ibadət etmələri üçün əlindən gəldiyi qədər köməklik etməyə çalışmışdır. Bu səbəblədir ki, məscid camaatı da onu çox sevər və hörmət edərdi. Hacı Təhməz, məscidin abadlaşması üçün yeri gəldiyində bir usta kimi, yeri gəldiyində bir təmizlikçi kimi işləmiş yeri gəldiyində də bir gözətçi kimi məscidi qorumuşdur. Bir daha Uca Allahdan rəhmət diləyirəm. Ailəsinin və yaxınlarının başı sağ olsun!".

Aktual.ge xəbər portalı əməkdaşları da Hacı Təhməz Həsənovun vəfatı ilə bağlı bağ sağlığı diləyir, Allah rəhmət eyləsin!

ŞƏRH YAZ
4