Şərqi-Gürcüstan müftiliyinə bağlı fəaliyyət göstərən imamlar və din xadimlərinin yığıncağı baş tutub
23.11.2022 11:43
287
Din
A
Şərqi-Gürcüstan müftiliyinə bağlı fəaliyyət göstərən imamlar və din xadimlərinin yığıncağı baş tutub

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Marneulidəki nümayəndəli ofisində Şərqi-Gürcüstan müftiliyinə bağlı olaraq fəaliyyət göstərən imamlara və din xadimlərinə yönəlik tədbir keçirilib.

Aktual.ge məlumat verir ki, tədbir Qurani Kərimin tilavəti ilə başlayıb.

Ardından Kvemo Kartli müftisi Bəxtiyar Tanrıverdiyev tədbiri açıq elan edib və Şərqi-Gürcüstan müftisi Etibar Eminova söz verib.

Müfti çıxışı zamanı Xidmətin əhəmiyyətindən danışıb və xidmətdə niyyətin böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

Sonra Türkiyənin Gürcüstandakı Səfirliyinin Din işləri üzrə müşaviri Əhməd Ərdəm çıxış edərək təbliğ və təşviqatda diqqət ediləcək xüsuslara toxunub və İslam dininin gözəlliklərini və dəyərlərini hər kəsə çatırmağın əhəmiyyətlərinə dəyinib. Daha sonra Türkiyədəki Gazi Atik Ali Paşa Məscidinin imam-xətibi Adil Şahin uzun illər ərzində xidmətdə əldə etdiyi təcrübələrini paylaşaraq din xadimlərinə tövsiyələtini verib.

İclasda həmçinin İstanbuldan gələn  iş adamı Ömər Sezər də iştirak edib. Qonaqlar həmçinin bölgələrdə olaraq dini məkanları ziyarət edib və bölgələrdəki məscidlərlə maraqlanıblar.

ŞƏRH YAZ
4