Kateqoriyalar
İranda 7 nəfər azərbaycanlı - Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmədi və Əkbər Fəthi adlı fəallar həbs ediliblər.
Aktual.ge Gunaztv-yə istinadən xəbər verir ki, bu haqda
İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallar məlumat verib.
Bildirilir ki, Tehranda həbs edilən Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhərinin həbsxanasına köçürülüb.
Fəalların həbsinin səbələri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları ehtimal edilir.